Главная Обратная связь

Дисциплины:

Архитектура (936)
Биология (6393)
География (744)
История (25)
Компьютеры (1497)
Кулинария (2184)
Культура (3938)
Литература (5778)
Математика (5918)
Медицина (9278)
Механика (2776)
Образование (13883)
Политика (26404)
Правоведение (321)
Психология (56518)
Религия (1833)
Социология (23400)
Спорт (2350)
Строительство (17942)
Технология (5741)
Транспорт (14634)
Физика (1043)
Философия (440)
Финансы (17336)
Химия (4931)
Экология (6055)
Экономика (9200)
Электроника (7621)






Binalarda və texniki qurğularda yanğına qarşı tələbat



Elektrik avadanlığını hərəkətə gətirən və bunları istismar edən zaman və ya digər nasazlığın nəticəsində yanğın baş verə bilər. Elektrik qurğularında bərk və ya maye halında olan (transformator yağı və s.) izolyasiyaların xarab olması yanğın törədə bilər.

Elektrik xətləri yanğın cəhətdən təhlükəlidir. Çünki bu xətlər çox bir naqil və kabellərdən şəbəkə təşkil təşkil edir və çox uzundur. Həmin xətlər çox zaman istehsalat binalarındakı yanacaqlarla təmasda ola bilər. Xətlərin izolyasiyaları isə əsasən üzvi maddələrdən, vulkanik rezindən, iplik örtükdən düzəldilir və üzərlərinə müxtəlif lak, qətran, parafin və başqa tez yanan maddələr çəkilir. Həmin xətlərdə müxtəlif şəkildə qısaqapanma baş verdikdə yanğın təhlükəsi yarana bilər.

Elektrik xətlərində yanğının olmaması üçün aşağıdakı tədbirləri görmək lazımdır:

1) xətlərin düzgün və yerinə görə seçilib çəkilməsi. Məsələn, kimyəvi maddələrin işləndiyi və istehsal olunduğu yerlərdə izol-yasiyası kimyəvi maddələrə dayanıqlı olan elektrik naqillərinin tətbiq edilməsi və s.;

2) xətlər üzərində sistematik olaraq nəzarət qoyulması. Məlumdur ki, zaman keçdikcə xətlərin izolyasiyası xarab olur. Elektrik xətlərinin istismarı dövründə onların bina hissələrinə bağlanması pozulur, izolyasiyaları zədələnir. Elektrik qızdırıcı cihazlar bir-ləşdirilən elektrik xətlərinin izolyasiyası xarab olur və qısaqapanma baş verir;



3) “Elektrik qurğularının quruluş qaydaları” na əsasən xətlər üçün verilən tələblərin yerinə yetirilməsi;

4) yeni qaydalara əsasən elektrik xətləri və qurğularının (naqillərin, kabellərin, əriyən qoruyucuların və s.) bütün elementləri-nin sistematik olaraq izolyasiyalarının yoxlanması;

 

5) elektrik xətlərində qoyulacaq əriyən qoruyucuların düzgün seçilməsi;

6) elektrik xətlərinin və şəbəkələrinin birləşmə nöqtələrində zəif birləşməyə yol verilməməsi və beləliklə də keçid müqavimə-tinin artması təhlükəsinin aradan qaldırılması. Keçid müqaviməti cərəyanın bir elektrik xəttindən (və ya kabelindən) digər elekt-rik xəttinə və ya elektrik qurğusuna (kəsiciyə, əriyən qoruyucuya və s.) keçdiyi birləşmə yerində olan müqavimətə deyilir. Bu müqavimət, birləşmə nöqtəsinin zəif birləşdirilməsi nəticəsində qiymətcə yüksək olur və həmin nöqtədə şiddətli qızma və qiğil-cım yaradır. Yanğının baş verməməsi üçün həmin nöqtədəki nasazlığı təcili olaraq aradan qaldırmaq lazımdır. Elektrik xətlərində əmələ gələn xoşagəlməz keçid müqavimətini ləğv etmək üçün naqillərin birləşmə nöqtələrini qaynaq etmək və ya lehimləmək la-zımdır. Bundan başqa, həmin naqilləri bir-birinə burub eşməklə və ya onlara icluqlar taxaraq bolt və qayka vasitəsilə möhkəm birlə.dirmək lazımdır.



Yanğın təhlükəsi törədə bilən binalar P-1 və P-2 kateqoriyalarına bölünür:

1) P-1 kateqoriyası. a) buraya havasında yüngül toz şəklində olan hissəciklər və ya yanan tozu olan binalar daxildir. Həmin yana bilən tozlar orada qoyulan elektrik avadanlıqlarının içərisinə daxil olur və çəkilmiş məftil və kabellərin üzərinə qonaraq yan-ğın təhlükəsi yaradır. Lakin onlar havanın tərkibində olduğu zaman partlayış təhlükəsi yaratmır. Belə binalara taxta emal edən sexlər, bəzi tozlu dəyirman bilnaları, elevatorlar və s. aid edilə bilər; b) yanma temperaturu 45 (Martens-Penski cihazı üzrə) olan az qatılıqlı maye yanacaqları buxarlanan binalar. Buraya mineral yağlar emal edən sexlər, məftillərə izolyasiya hopdurulan sexlər, qətran ayıran sexlər və s. daxildir.

P-2 kateqoriyası. Buraya yanacaq taxta, iplik parçalar saxlanılan və s. binalar daxildir (P-1 kateqoriyasından olan mebel anbarları, yığma sexləri, kitabxanalar və s. qarışıq yüklər saxlanılan binalar buraya daxil edilmir). Partlayış törənə bilən təhlükəli binalar dörd kateqoriyaya bölünür: V-1; V-1A; V-11; V-11 A.

1) V-1 kateqoriyalı binalar elə binalardır ki, oradakı qurğulardan ayrılan qaz və buxarlar hava ilə qarışdıqda partlayış təhlükəsi əmələ gətirir. Belə partlayış törədə bilən qapışıqlar adi texnoloji rejim dövründə və yaxud texnoloji avadanlıqların doldurulması və boşaldılması dövründə, məmulatın istehsalı vaxtı və s. əmələ gələ bilər. Bu kateqoriyadan olan binalara sellüloid sexlərinin yoğurucu şöbələri, texniki rezin zavodlarının qumbirləmə-sexləri və s. aiddir.

2) V-1 kateqoriyalı binalar V-1 kateqoriyalı binalardan normal istismar zamanı heç də fərqlənmir. Lakin qeyri-normal şərait tədricən baş verdikdə onu vaxtında tapıb ləğv etmək mümkündür. Məsələn, asetilen balonları və dicər yanacaq balonları olan an-barlar və s. bu kateqoriyaya daxildir.

V-11 kateqoriyalı binalar elə binalardır ki, orada istehsal olunan müxtəlif materiallardan olan sap və ipliklərin hissəcikləri və yaxud onların tozu havada partlayış törədə bilən qarışıq əmələ gətirir. Bu binalarda normal istismar rejimi zamznı partlayış təhlü-kəli qarışıqlar yarana bilər. Məsələn, normal aparatların yüklənməsi və boşaldılması və s. Buraya normal istismar zamanı partla-yış təhlükəsi olmayan hallar da daxildir. Lakin mühafizə qurğuları: məsələn, ventilyasiya öz işini dayandirdiqdan sonra onu vax-tında işə salmaq çətinləşir. Buraya sənaye dəyirmanlarının üyüdücü və döyücü sexləri, şəkər kirşanı hazırlayan sexlər, taxta unu istehsal edən və habelə daş kömür əzən sexlər və s. aiddir;

V-11 A kateqoriyalı binalar V-11 kateqoriyalı binalardan onunla fərqlənirlər ki, V-11 A kateqoriyalı binalarda partlayış təhlü-kəsi normal istismar şəraitində olmur. Lakin nasazlıq, qəza rejimi şəraitində baş verə bilər. Bunun baş verməsinin qarşısını almaq üçün vaxtında tədbir görmək lazımdır.

Elektrik mühərriklərində və generatorlarında aşağıdakı səbəblər nəticəsində yanğın baş verə bilər:

a) elektrik generatorlarlarının və mühərriklərinin dolaqlarında və daxili dövrələrində qəsaqapanma baş verdikdə;

b) elektrik izolyasiyasının deşilməsi nəticəsində onların dolaq məftilləri arasında (dolağın gövdə ilə qısaqapanma zamanı), do-laqların ayrı-ayrı fazaları arasında qısaqapanma baş verdikdə;

c) dolaqların bölmələrində və digər birləşmə nöqtələrində zəif birləşmə olduqda, böyük keçid müqaviməti əmələ gəldikdə;

d) sabit cərəyan mühərriklərinin və faza rotorlu sinxron və asinxron mühərriklərinin kollektor və halqalarında böyük qığılcım yarandıqda;

e) elektrik mühərriklərinin və generatorlarının yastıqları xarab olduqda (onların vallarının pərçimlənməsi nəticəsində).

Orta və kiçik güclü və 500 V-a qədər gərginlikdə işləyən elektrik mühərriklərində yanğın törəməsinin qarşısını almaq, qısa-qapanmadan, artıq yüklənmədən və digər qəza hadisələrindən müdafiə etmək üçün əriyən qoruyuculardan, maksimum cərəyan avtomatlarından, istilik relelərindən istifadə etmək lazımdır.

Böyük gücləri olan (300 kVA və yuxarı) elektrik maşınlarında yanğının qarşısını almaq üçün aşağıdakı tədbirlri görmək la-zımdır:

1) belə generatorlar və elektrik mühərrikləri üçün rele mühafizısi qoymaq lazımdır;

2) lövhələrə siqnal verən temperatur siqçnalizatorları qoymaq lazımdır;

3) elektrik mühərrikləri və generatorlarında qapalı soyuducu sistem tətbiq edilməlidir;

4) böyük güclü (50000 kVA və daha yuxarı) elektrik maşınlarında hidrogen soyuducularından istifadə etmək lazımdır.

Akkumulyator qurğularında yanğın və partlayış həmin qurğularda akkumulyator batareyalarının yüklənməsi və boşalması pro-sesi zamanı ayrılan hidrogen qazı nəticəsində, eləcə də müxtəlif qəza hadisələri nəticəsində (qığılcım, elektrik qövsü təhlükəli qızma baş verdikdə) ola bilər. Akkumulyator qurğularında yanğının qarşısını almaq üçün aşağıdakı tədbirləri görmək vacibdir:

1) akkumulyator qurğusu yerləşdirilən bina yanmayan materialdan tikilməlidir. Binanın qapı və pəncərələri taxtadan ola bilər;

2) akkumulyator binasına daxil olmaq üçün mütləq tambur qurmaq və onun qapısının çölə açılmasını təmin etmək lazımdır;

3) akkumulyator binasının divarları, qapıları, tavanı və eləcə də ləmələri turşuyadavamlı lak boya ilə rənglənməlidir;

4) akkumlyator elektrolitləri hazırlanması və kükürd turşusunun saxlanması üçün ayrıca otaq ayırmaq lazımdır;

5) akkumulyator batareyaları qoyulan otaqlar ancaq ventili və flans birləşməsi olmayan kalorifer qurğusu ilə qızdırıla bilər. Qizdırılma üçün elektrik sobalarının tətbiq edilməsi qəti qadağandır.

6) akkumulyator binasının ventilyasiya sistemi ayrı olmalıdır; ventilyatoru hərəkətə gətirən elektrik mühərriki və onun buraxı-cisi binadan kənarda qoyulmalıdır;

7) akkumulyator batareyalarının şinləri bir-birilə qaynaq və ya lrhimləmə vasitəsilə birləşdirilməlidir. Şinlə akkumulyatorun birləşmə nöqtələrində bötük kecid müqavimətinin olmaması üçün həmin nöqtələri qalaylamaq və lehimləmək lazımdır;

8) akkumulyator batareyaları olan otaqlarda qığılcım yarada biləcək digər elektrik aparatlarının və kommutasiya cihazlarının (açarların, əriyən qoruyucuların, ştepsel yuvalarının və s.) qoyulması qəti qadağandır;

9) binalara üzərində qurğuşun olan izoləedilmiş hermetik işıqlandırma armaturları ilə təmin edilməlidir.

 

 

 


Эта страница нарушает авторские права

allrefrs.ru - 2019 год. Все права принадлежат их авторам!